10 C
Bakı
27 Mart 2026 05:07
Gündəm

Prezidentlərin Fulya Öztürk ilə maraqlı dialoqu – Video

Prezidentlərin Fulya Öztürk ilə maraqlı dialoqu - Video

 

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Tacxeber.com Redaktor.az-a xəbər verir ki, festival sahəsini tərk edərkən iki lider “CNN Türk”ün xüsusi xəbər rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb.

Müsahibə zamanı maraqlı anlar yaşanıb.

Türkiyə lideri Fulyaya, “Bunu namizəd edəcəkdim, aradan itdi. Bir az çalış. Bu, tamamilə millidir”, – deyə zarafat edib.

Prezident İlham Əliyev isə, “O, ikinci Qarabağ müharibəsində ən təhlükəli yerlərə getdi. Bizimlə ağladı, bizimlə sevindi, bizimlə qeyd etdi. Bu qız bizim qızımızdır”, – deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Gündə nə qədər tərəvəz yeməlisiz?

redaktor

Sabah qonşu və dost Gürcüstanda çox vacib seçki keçiriləcək.

admin

Sinan Oğan kimdir? – Bakıda müəllim idi, Türkiyədə 3-cü siyasi lider oldu

redaktor