24 C
Bakı
14 Avqust 2025 00:18
Siyasət

“3 il uzadırıq, silahlanırıq, Qarabağ isə…” – Paşinyanın iclasdakı ŞOK ÇIXIŞI

“3 il uzadırıq, silahlanırıq, Qarabağ isə...” - Paşinyanın iclasdakı ŞOK ÇIXIŞI

 

“Mülki müqavilə”nin mərkəzi ofisində cümə axşamı partiya üzvləri ilə Nikol Paşinyanın bir neçə saat davam edən görüşünün bəzi detalları üzə çıxıb.

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, erməni mediası iclasda iştirak edənlərə istinadla təhlükəsizlik məsələləri və Azərbaycanla münasibətlər, sülh müqaviləsinin imzalanması istiqamətində danışıqlar getdiyini yazıb.

Qeyd edilib ki, Nikol Paşinyan partiyasının üzvləri ilə açıq danışıb və Ermənistan üçün çox çətin günlər olduğunu bildirib.

“Beynəlxalq ictimaiyyət də problemi tez bir zamanda həll etməyə, sülh müqaviləsi imzalamağa çağırır. Hər kəs bu vəziyyətdən bezib. Şəxsən hesab edirəm ki, Ermənistanın yaxın üç ildə mövcud olma şansı dözmək, status-kvonu uzatmaqdır. Həmin üç il ərzində Ermənistan silahlanacaq, güclənəcək və müxtəlif mövqelərdən çıxış edəcək. Biz üç il dözsək, qarşıdakı 200 il bizə qarşı oyun olmayacaq”, – Paşinyan qeyd edib.

Paşinyan Qarabağda taleyüklü vəziyyət olduğunu vurğulayıb, lakin bütün məsuliyyəti Rusiya Federasiyasının üzərinə atıb. Eyni zamanda o bildirib ki, Rusiyanın mövqeyi o qədər zəifləyib ki, müqavimət göstərmək iqtidarında deyil.

“Paşinyan Qarabağla bağlı da fikirlərini bölüşdü, dedi ki, əlbəttə ki, ən yaxşı həll bütün tərəflərin öz müqəddəratını təyinetmə hüququnu nəzərdən keçirməsi olardı, lakin bu, real deyil. Və o, yenidən Qarabağın Azərbaycana reinteqrasiyasının zəruriliyinə eyham vurdu. Lakin sonda o vurğuladı ki, Qarabağ ermənilərinin həyati təhlükəsi olarsa, onların Ermənistana köçürülməsini təmin etməyə borcluyuq.

Yeri gəlmişkən, Paşinyan həmin toplantıda kifayət qədər sentimental əhval-ruhiyyədə idi, dövlət və vətən haqqında uzun çıxışlar edərək, deyirdi ki, hər kəsdə vətənlə dövlətin bir-birindən ayrılmaması lazım olduğunu dərk etməlidir”, – mediaya danışan tədbir iştirakçısı deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Əsəd və ruslar Suriyadan çıxarılır, qarışmayın.. – Tramp

admin

HƏMAS lideri necə ………. ? – İran kəşfiyyatı çaşbaş qalıb…

admin

İş adamları Rusiyada sıxışdırılır? – Rəhimovdan açıqlama

redaktor