16 C
Bakı
28 Sentyabr 2025 02:18
Cəmiyyət

“Qayınanalar toydan əvvəl pərdənin rəngini də özləri seçir“

 

“Qayınanalar toydan əvvəl pərdənin rəngini də özləri deyir. Açıq deyək ki, toydan əvvəl ən çox xərcə düşən qız evi olur. Oğlan nə edir? Komplekt alır, özü də gəlir oturur. Anası da tərifləyir. Elə bilirsən, oturan oğlan Apollondur, Zevsdir, Məlikməmmədin 7 başlı əjdahasıdır”.

Tacxeber.com Axşam-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib.

O, toydan əvvəl qız evinin daha çox xərcə düşməsinə münasibət bildirib:

“Düşünürsən ki, bu kimdir? Ana deyir, bu mənim oğlumdur, sizə iki sırğa, bir qolbaq, bir boyunbağı gətirəcəyik. Siz bizə yataq dəsti, dolab gətirməlisiniz. Boyunbağının pulu artıq çıxdı. Zaldakı servizləri də gəlin illərlə işlətmir, muzey kimi orada qalır. Hamı gələndə desin ki, filankəsin belə qab-qacağı var.

Qız evini niyə bu qədər xərcə salırsınız? Bəzi ailələrdə də qızın özünü əziyyətə salırlar. Oğlan da, nə oğlan! Baxıb deyirsən, bəy budur?”

Tacxeber.com

Oxşar xəbərlər

Mehdiyevlərin şirkəti maliyyə hesabatını açıqladı – 12 milyon manat gəlir

redaktor

İngiltərədə Azərbaycanın keçmiş səfiri qeyri-əxlaqi hərəkətlərinə görə həbs edilib.

admin

37 yaşlı kişi ilə nişanlanan 13 yaşlı qızla bağlı AÇIQLAMA – VİDEO

redaktor