Dünya

Lukaşenkonun soyqırımda əli var – AŞPA-dan qərar

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Belarus Prezidenti Aleksandr Lukaşenkonun ukraynalıların soyqırımında iştirakını tanıyıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko deyib.

Qonçarenko qeyd edib ki, AŞPA Lukaşenkonun uşaq və böyüklərin Ukraynanın işğal olunmuş ərazilərindən məcburi deportasiyasında iştirakının tanınması ilə bağlı Assambleyanın qətnaməsinə düzəlişini dəstəkləyib.

“Bu, Rusiyanın Ukraynada törətdiyi soyqırımda Lukaşenkonu avtomatik günahkar edir”, – deputat bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət rəsmisi “uydurma ölkə” ilə müqavilə imzaladı – ara qarışdı

admin

“Renault” Ukraynada dron istehsal edəcək

redaktor

Hətta Avstraliyanın Çindəki səfiri də Pekində keçirilən parada yerinə başqa diplomatı göndərib.

admin