28 C
Bakı
13 Avqust 2025 20:34
CəmiyyətGündəm

Elşad Miridən ŞOK açıqlama – “İslam dinində sünnət olunmaq yoxdur”

Elşad Miridən ŞOK açıqlama -

 

“Qurani-Kərim”ə baxdığımız zaman sünnət edilməklə bağlı bir əmr, buyruq yoxdur”.

Bunu ilahiyyatçı Elşad Miri Referans.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə bu islamdan öncə olan bir adət-ənənə idi.

“Bu günləri yəhudilikdə həmin onların kitablarında Tövrata baxdığımız zaman sanki İbrahim peyğəmbərlə Allah arasında kəsilən bir əhd, bağlanan bir vəddir. Həmin o sözün əlaməti olaraq da sünnət olunmaq məsələsi qeyd olunur”.

İlahiyyatçı “peyğəmbər sünnəti” kimi tanınan sünnət haqqında da bir sıra məsələlərə aydınlıq gətirib.

O qeyd edir ki, belə halları ciddiyə alıb həkimə müraciət etmək lazımdır.

“Ümumiyyətlə sünnətlə bağlı islamda belə bir əmr əslində yoxdur. Bu günlər heç kim heç kimi bu mövzuda məcbur edə bilməz. Bununla bağlı olan məsələlər ancaq rəvayətlər ilə əlaqələndirilir. Yəhudilikdə buna əsasən uyğun olaraq həyata keçirirlər. Azərbaycanda belə bir ifadə işlədilir, “oğlum müsəlman oldu”. Sanki qız müsəlman olmur. Sanki bu müsəlmançılıq kiminsə əlavə artıq iddia elədiyimiz əti kəsməklə əlaqəli olur. Bunlar əsası olmayan yalnış, buna islami don geyindirilmiş məsələlərdir. Ona görə deyirəm ki, bunun dinimizlə heç bir əlaqəsi yoxdur”

Tacxeber.com

Oxşar xəbərlər

Suyun qiyməti qalxacaq? – AÇIQLAMA

redaktor

İran Rusiyadan kömək istəyir: Ali dini lider Əli Xamneyi Vladimir Putinə məktub göndərib

redaktor

Nemət Pənahlının avtomobili cərimə meydançasına niyə aparılıb? – Rəsmi

redaktor