18 C
Bakı
01 Aprel 2026 15:39
Siyasət

Xankəndidə “evcik-evcik” oyunu – Araik bu səbəbdən qaça bilmir

Xankəndidə “evcik-evcik” oyunu - Araik bu səbəbdən qaça bilmir

 

“Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra separatçıların qondarma “konstitusiya dəyişikliyi layihəsi”ni yenidən müzakirəyə çıxarması diqqət çəkir: qondarma “prezident” səlahiyyətləri azaldılır, “yarım-prezidentlik” modelinə keçmək, qondarma “parlamentə” daha çox “səlahiyyət” vermək istəyirlər”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bunun iki mümkün hədəfi görünür:

“Birincisi, Araik Azərbaycanın Xankəndiyə qayıdışı perspektivi fonunda məsuliyyəti tam üzərinə götürmək istəmir. Laçın yolunda aksiya başlandıqdan sonra “istefa” verib qaçmaq haqda da düşünürdü, lakin ruslar buna icazə vermədi. Arutunyan postun qurulmasından sonra baş verəcək hadisələrə görə əsas günahkar olacağını anladığı üçün məsuliyyəti bölüşdürür.

İkincisi, separatçı rejimin ləğv edilməsi təhlükəsinə qarşı qondarma “parlamentin” önə çəkildiyi görünür: bu, həm bir şəxsin – Araikin sıradan çıxarılması ilə rejimin faktiki ləğvinin qarşısını almağa, həm də “erməni əhalisinin seçimi haqda “parlament” qərar verir” əsasını yaratmağa hesablanıb. Belə demək mümkünsə, “evcik-evcik” oynayırlar”.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyana xaricdə nə dərmanı içiriblər?

redaktor

Tahir Kərimli: “Vallah, bu AZAL-a tək zəlzələ yox, heç nə təsir edən deyil, ağzımızı yormaq mənasızdır…”

redaktor

Məşhur deputat Cavid Qurbanova görə “vurulub” – Şok təfərrüat

redaktor