16 C
Bakı
27 Sentyabr 2025 00:03
Cəmiyyət

İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub? – Açıqlama

 

Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla tələbə adını qazanması barədə məlumatlar yayılıb.

Onun orta məktəbi qızıl medalla bitirdiyi, universitet və ixtisas seçimini imtahansız edərək ali məktəbə qəbul olunduğu bildirilir.

Tacxeber.com xəbər verir ki, AMEA-nın Mətbuat xidməti yayılan məlumatın əsassız olduğunu açıqlayıb: “Sosial şəbəkələrdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır.
Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda kiloqramı 40 manata satılan nadir göbələk

redaktor

Reza Deqatinin Ağdam xatirələri: “Dedi ki, oğlumu əllərimlə burada dəfn etmişəm” – FOTO

redaktor

Fazil Mustafa: “Bakıda ilk dəfə idi ki, yollar qara təslim olmamış, təmizlik işləri sürətlə görülmüşdü…”

redaktor