DünyaGündəm

Azərbaycan və Türkiyə birgə PUA istehsal edəcək

 

Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər

Zakir Fərəcov imperatorluğu: bahalı obyektlər, vəzifəli qohumlar, milyonluq sərvətlər – SİYAHI

admin

Marneulidə azərbaycanlı müəllim şagirdləri diz çökdürərək cəzalandırdı: İşdən çıxarıldı – FOTO

admin

Ruslar sazişə əməl etmədilər, biz də vurduq

admin