25 C
Bakı
11 Avqust 2025 00:32
Cəmiyyət

“2 dəfə erməni roluna çəkildim, nifrət qazandım“ – Xalq artisti

 

“İlk dəfə rejissor Rövşən Almuradlının “Bəsti ağlama” filmində erməni roluna çəkilmişəm. 1998-1999-cu illər idi. Bu, ilk erməni obrazım idi. Hətta rejossor səsləndirmədə mənim səsimdən istifadə etmədi”.

Tacxeber.com Moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Kazım Abdullayev deyib.

Akademik Milli Dram Teatrının aparıcı akyoru 2 dəfə erməni obrazı oynadığını, buna görə tamaşaçıların nifrətini qazandığını bildirib:

“Teatrda da erməni rolum olmuşdu. İkinci dəfə isə “Seçilən” filmində erməni generalını oynamışdım.

Bu rolları oynamaq çox çətindir. Birincisi, canlandırmaq çox çətindir, ikincisi tamaşaçılar kənardan çox pis qəbul edirlər. Belə baxanda erməni dəvət etməyəcəklər ki, bu rolu oynasın.

Məlik Dadaşovun oynadığı erməni roluna hamı nifrət edirdi. Bilirdilər ki, bu bizim aktyordur, azərbaycanlıdır, istər-istəməz çölə çıxan ki, onu söyürdülər. Obrazını dəqiq oynamışdı.

“Fəryad” filminin rejissoru Ceyhun mənə yaxınlaşıb dedi ki, bəlkə çəkiləsən? Dedim ki, yox, çəkilə bilmərəm. İndiyə qədər peşmanam. Bilsəydim ki, sonuncu filmidir, çəkilərdim. Sadəcə erməni obrazına çəkilmək istəmədim”.

 Tacxeber.com

Oxşar xəbərlər

Adil Əliyev İsa Qəmbərə görə işdən çıxıb?

admin

Azərbaycanda təhlükəli və dəhşətli dələduzluq növü yayılıb… – XƏBƏRDARLIQ

redaktor

Bakıda “pitiminutka”larla bağlı yoxlamalar başlayıb

redaktor