24 C
Bakı
14 Avqust 2025 01:53
Siyasət

Siyavuş Novruzov: Dələduzun birinə müsahibə vermək nəyə lazımdır?

 

“Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digərlərinin fəaliyyətini müzakirə edirik. Kimin sözü varsa, müzakirə olunan məsələlər çərçivəsində parlamentdə tənqid də edə bilər, fikrini də söyləyə bilər, təklifini də söyləyə bilər ki, bu da dövlətin inkişafına, işlərin yaxşı getməsinə kömək olar”.

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.

“Dəfələrlə burada müxtəlif sahələr, iqtisadiyyat, sosial sahə, mənzil məsələlər ilə bağlı dinləmələr keçirmişik. Burada təhsillə bağlı ən kəskin fikirlər də deyilib. Bu gün Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək”, – deyə Siyavuş Novruzov bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Rusiya sərhədlərinə iki nüvə sualtı qayıqları göndərib

redaktor

Məlahət İbrahimqızı: “Azərbaycanda keçirilən seçkilər Avropadakı seçkilərdən heç də geri qalmır”

redaktor

“Ciddi bir adam lazımdır bütün bu hoppanıb-düşən dövlətlərin üstünə bərkdən bağırıb, hamısını yerində dinc oturtsun”

redaktor