CəmiyyətGündəm

İşləmək istədi, işə düşdü: Şəmkir sakini problemlə qarşılaşdı – VİDEO

 

Onlayn alış- veriş firmalarından birinə işə düzəlmək istəyən Şəmkir rayon sakini problemlə qarşılaşıb.

Xezerxeber.az-ın məlumatına görə, Şəmkir rayon sakini olan Tahirə Bayramova sosial şəbəkələr vasitəsi ilə qarşısına çıxan saytlardan biri ilə iş birliyinə başlayıb.

Saytın qaydalarına əsasən, öncə pul qoyaraq onlayn məhsullar sifariş verilir, daha sonra isə hər satışa görə onlara müəyyən bonuslar qaytarılırmış. Saytın əməkdaşları ilə əlaqəni isə vatsap üzərindən qururmuş.

T.Bayramovanın sözlərinə görə, elə hadisə də bundan sonra başlayıb.

Yığılan bonuslarını almaq istəsə də bu zaman sayt əməkdaşları tərəfindən ona pulu verilmək əvəzinə, yenidən satış etməsi tələb olunur. Əks təqdirdə cərimələnəcəyi bildirilib.

Onun sözlərinə görə, başına gələnlərlə bağlı dəfələrlə şirkət əməkdaşları ilə əlaqə saxlayaraq pulunun qaytarılmasını tələb edib, amma nəticəsi olmayıb.
Qadının sözlərinə görə, ödədiyi pulların hamısının qəbzi qalıb. Hətta aralarında olan danışıqları da özündə saxlayıb.

Məsələ ilə bağlı həmin şirkətlə əlaqə yaratmaq istəsək də, cəhdimiz baş tutmadı. Çünki xarici nömrə ilə vatsapdan qeydiyyatdan keçən şirkətin heç bir aktiv yerli nömrəsi yoxdur.

Qeyd edək ki, müsahibimiz başına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edib.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

FİFA-UEFA Şahruddini cəzalandıracaqmı ?

admin

Gəncə Tibb Kollecində rüşvət İDDİASI: 500 manat TƏLƏB OLUNUR

admin

5 ildən sonra 25-44 yaşlı qadınların yarısı subay və övladsız olacaq – SENSASİON PROQNOZ

redaktor