24 C
Bakı
14 Avqust 2025 02:01
Sağlamlıq

Çay və qəhvə nə zaman təhlükə yaradır?

 

Diyetoloq İnna Kononenko hesab edir ki, çay, qəhvə və bəzi pəhrizlər dəmirin orqanizmdə sorulmasına mane olur.

 Tacxeber.com xəbər verir ki, həkim bu barədə “Radio Komsomolskaya Pravda”ya müsahibəsində deyib.

Həkim bildirib ki, dəmir çatışmazlığı daha çox qida rasionunda karbohidratlı qidaların üstünlük təşkil etməsi, vegetarian pəhriz və mağazalarda müasir qaydalarda satılan ətin keyfiyyətsiz olması nəticəsində baş verir. Bununla belə bəzi məhsullar da bu elementin mənimsənilməsinə mane olur.

“Çay, qəhvə, həmçinin yulaf, qəhvəyi düyü, mərcimək, noxud, ağ lobya kimi tərkibində fitik turşusu olan qidalar dəmirin mənimsənilməsinin qarşısını alır. Dəmir çatışmazlığı varsa, onların istifadəsini məhdudlaşdırmaq vacibdir”, həkim qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Dəhşət – “Sabunçu” xəstəxanasında xəstəni 25 manata əməliyyət etdilər. Xəstənin qan donduran FOTOLARI

admin

Ev turşuları min bir dərdə dəva imiş… – Bilinməyənlər

redaktor

Rus və ukraynalıların sevimli yeməyi ən zərərli şorba seçildi

redaktor