Dünya

Dəniz quldurları rusların gəmisini ələ keçirdi

Dəniz quldurları rusların gəmisini ələ keçirdi

 

Qırmızı dənizdə 3 Rusiya vətəndaşının olduğu gəmi yoxa çıxıb.

Tacxeber.comyerli KİV-ə istinadən xəbər ki, gəmidə bir dənizçi, onun həyat yoldaşı və kapitan olub.

Kapitanın həyat yoldaşı Nadejda Rasina “Zvezda” telekanalına bildirib ki, ekipajın bütün üzvləri dəniz quldurları tərəfindən əsir götürülüb. O qeyd edib ki, bu məlumatı Səudiyyə Ərəbistanının sahil mühafizəsindən əldə edib.

Əyləncə məqsədilə ilə istifadə edilən gəmi aprelin 17-də Səudiyyə Ərəbistanından yola düşüb, 19-da Cibutiyə gəlməli idi. Lakin onlar son mənzilə çatmayıb. Kapitanın həyat yoldaşının sözlərinə görə, itkin düşənlərin axtarışı üçün heç bir tədbir görülməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur

redaktor

Zelenski: Ukrayna istənilən formatda danışıqlara hazırdır

redaktor

İsrailli fələstinliləri belə ələ saldı – Video

redaktor