Dünya

Bu qadının ərinə allergiyası var, 10 ildir onunla eyni yerdə qala bilmir – FOTO

 

ABŞ-da yaşayan və 10 ildir evli olan Cohena və Skott Vatkins cütlüyü nadir rast gəlinən allergik xəstəlik səbəbindən eyni mühitdə qala bilmir.

Tacxeber.comxarici KİV-ə istinadla xəbər verir ki, gənc qadın ərinin qoxusu da daxil olmaqla bir çox şeyə qarşı allergiya yaradan “Mast Hüceyrə Sindromu” adlı xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik immun sisteminə ciddi mənfi təsir göstərir.

Minnesota ştatında yaşayan 29 yaşlı Cohena Vatkins 10 ildir xəstəliyinə görə əri ilə eyni otaqda qala bilmir.

Nadir rast gəlinən Mast Hüceyrə Sindromu ilə mübarizə aparan qadının ərinə qarşı allergik reaksiyası var. Əri ilə eyni mühitə gəldikdə, Cohanna öskürür və müxtəlif reaksiyalar allergik reaksiyalar verir.

Xüsusi filtrlənmiş otaqda qalan Cohena dərman müaəlicəsi alır.

Əri Skott Cohena xəstəlikdən sağalana qədər onun yanında olacağını, onu tərk etməyəcəyini deyir.

Tacxeber.com

 

Oxşar xəbərlər

Məktəbdəki qətliam İsveçi qarışdırdı: polis hadisəni ört-basdır edir?

admin

Trampın vitse-prezidentliyə namizədi 39 yaşlı Vens əslində kimdir?

admin

Avro-2024: Türkiyə Portuqaliya və Çexiya ilə bir qrupda mübarizə aparacaq.

admin