24 C
Bakı
14 Avqust 2025 00:19
DinGündəm

“Bu, Allahın istədiyi deyil” – Elşad Miridən bayram namazı ilə bağlı ŞOK AÇIQLAMA

“Bu, Allahın istədiyi deyil” - Elşad Miridən bayram namazı ilə bağlı ŞOK AÇIQLAMA

Azərbaycanda bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bu, imamlar və icma rəhbərləri tərəfindən qərarlaşdırılacaq.

Azərbaycanda bəzi məscidlərdə bayram namazının məzhəblər üzrə fərqli saatlarda qılındığı iddia olunur. Məsələ ilə bağlı Musavat.com-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, bu, təəssüfverici bir məsələdir.

“Təəssüflər olsun ki, bölücülük məsələsi bu gün bizim bayramımıza xələl gətirir. Halbuki İslam dinində bu anlayış yoxdur. Bayram hər kəsin bayramıdır. Hamımızın bunu bir yerdə qeyd etməli olduğumuz bir bayramdır. Bu bölücülükdən qurtulmaq lazımdır. Gözəl məqam o oldu ki, dünya ilə təxminən eyni vaxtda Ramazan ayına başladıq, eyni gündə yekunlaşdırırıq. Bayram namazında bu ayrıseçkiliyə dəyərmi? Bu, birliyin, bərabərliyin pozulması deyilmi? Ayrıseçkilik salmağa ehtiyac yoxdur. Bu, doğru yanaşma deyil, Allahın istədiyi deyil. Biz Allahı layiqincə qiymətləndirmirik.

Təəssüflər olsun ki, bu günə qədər bəzi məscidlərdə oxşar vəziyyət olub. Tanıdığım şiə və sünnilər var ki, bayram namazını birlikdə qılırlar. Çünki bu, bayramlaşmadır. Bəzən insanlar məscidə yerləşmir, o zaman ikinci dəfə başqa bir imamın arxasında namazlarını qılırlar. Belə anlayışlar olub”, – ilahiyyatçı vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda keçmiş qayınata kürəkəninə hədiyyə adı ilə qumbara göndərib? – VİDEO

redaktor

Kim deyir ki, NARIN üstünə DUZ töküb yemək olmaz? – Görün hansı xəstəliyə dərmandı

redaktor

“Ukraynaya qarşı döyüşməmək üçün düz 5 dəfə qaçdım, amma…”-Rusiya hərbçisi-VİDEO

redaktor