Dünya

Bayden: “Müsəlmanların səxavəti məni heyran etdi”

 

ABŞ Prezidenti Co Bayden müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

“Həyat yoldaşım Cill və mən mübarək Ramazan ayının başa çatması və Ramazan bayramı münasibətilə ölkədəki və dünyanın bütün müsəlman icmalarını ən xoş arzularımızla təbrik edirik. Müsəlmanların ehtiyacı olanlara yemək və sədəqə paylamaqda səxavət göstərmələri bizi xüsusilə heyran etdi”, – Birləşmiş Ştatlar prezidentinin təbrik məktubunda qeyd olunur.

Co Bayden təbrik mesajında bütün dünya müsəlmanlarını ədalətli dünya qurmaq uğrunda daha fəal iş görməyə dəvət edib.

Tacxeber.com

Oxşar xəbərlər

İran Pezeşkiana sui-qəsd cəhdinin əvəzini ödəyəcək

redaktor

Rusiya ordusu döyüş mövqelərinə zəhərli bomba atıb – Ukrayna MN

redaktor

İran monarxiyasının sonuncu – “birinci ledi”si şahbanu Fərəh Diba Pəhləvi

admin