26 C
Bakı
10 Avqust 2025 07:17
GündəmSiyasət

Prezident bir dəqiqədə icra başçısının 2 səhvini düzəltdi – Video

Prezident bir dəqiqədə icra başçısının 2 səhvini düzəltdi - Video

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

Səfər zamanı onlar “Azerbaijan Fish Farm”a gedərək, oradakı hazır məhsullara baxıblar.

Mehriban xanımın sözügedən zavoddan lentə aldığı görüntülərdə bəzi məqamlar xüsusi diqqət çəkib.

Belə ki, Neftçala rayonunun icra başçısı Mirhəsən Seyidov zavoddakı balıqları təqdim edərkən, nərə cinsli olmayan balığı yanlış olaraq “nərə cinsli” adlandırıb. Bu, prezidentin diqqətindən yayınmayıb. İlham Əliyev dərhal onun bu səhvinə düzəliş edərək, göstərilən balığın nərə cinsli olmadığını bildirib.

İcra başçısının digər səhvi isə nərəkimilərin növlərindən olan albinosa “alfinos” deməsi olub. Prezident onun bu səhvini də dərhal düzəldib.

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Prokurorluq Şahin Həsənlinin vəfatı ilə bağlı araşdırmaya başladı

redaktor

Koreyaya tələbə olaraq getdi, hazırda Seulun fəxri vətəndaşıdır – MÜSAHİBƏ

admin

Rusiyadan Krımla bağlı təcili addım…

redaktor