28 C
Bakı
13 Avqust 2025 18:19
Cəmiyyət

Oqtay Mirqasımov: “Cəmiyyətə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən”

 

“Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

“Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir”, o, əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Xankəndidə yaşayan erməni sakin: “Ermənistan mənə lazım deyil, Azərbaycan vətəndaşlığını qəbul edirəm” – VİDEO

redaktor

Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir – MEDİA

redaktor

Azərbaycanda helikopter 1 milyon manata özəlləşdirildi

admin