16 C
Bakı
28 Sentyabr 2025 02:33
Cəmiyyət

Oqtay Mirqasımov: “Cəmiyyətə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən”

 

“Bu gün təəssüf ki, ölkədəki kinoteatrlarda, o cümlədən Nizami Kino mərkəzində millətin zövqünü xarab edən bayağı, primitiv filmlər nümayiş olunur”.

Tacxeber.com xəbər verir ki, bu fikirləri Xalq artisti, kinorejissor, ssenari müəllifi Oqtay Mirqasımov “Azərbaycan Kinosu – 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino forumunda çıxışı zamanı deyib.

“Azərbaycan cəmiyyətinə bəzən elə filmlər təqdim olunur ki, baxdıqca xəcalət çəkirsən. Qəzəb və qorxu hissi keçirirəm. İstəmirəm belə filmlər nümayiş olunsun. Salondan çıxıb düşünürsən ki, bu ki xəyanətdir”, o, əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” “Lion”a qarşı: Start heyətlər açıqlandı

admin

Prokuror Nicata 6 il həbs istədi – Video

redaktor

İnsanlar niyə xəbərləri oxumur? – Maraqlı araşdırmanının nəticələri

redaktor