GündəmTəhsil

İmtahandan yüksək bal toplayan şagird – “Müəllim yanına getməmişəm”

Tam orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ən yüksək bal (297.5 bal)toplayanlardan biri Səbail rayon 160 №-li klassik gimnaziyasının şagirdi Mürşüdlü Nəzrin Elxan qızıdır.

Nəzrin öz təəssüratlarını AzEdu.az saytı ilə bölüşüb.

– Yüksək nəticə toplamağınız sizin üçün gözlənilən idi?

Əslində 270 üzərində nəticə gözləyirdim. 290-dan çox olacağına ümidim var idi, ancaq əmin deyildim.

– Nəticəniz barədə məlumat alanda, hansı hissləri keçirdiniz?

– Belə nəticə əldə etdiyim üçün çox sevindim.

– İmtahana necə hazırlaşırdınız, repetitorlarla çalışmısınız?

– Xeyr, xarici dil olaraq alman və rus dillərindən repetitor yanında hazırlaşmamışam. Məktəb dərslərindən öyrəndiklərim əsasında imtahan verdim. Riyaziyyatdan isə ayrıca Türkiyədə təhsil imtahanı üçün hazırlaşırdım.
Xüsusi olaraq müəllim yanına getməmişəm.

– Sözlərinizə görə, siz xaricdə təhsil almaq istəyirsiniz…

– Bəli, Türkiyədə təhsil almaq istəyirəm. Ancaq hansı universiteti seçəcəyimə hələ qərar verməmişəm.

– Hansı qrupa hazırlaşırsınız?

– I qrup üzrə hazırlaşıram. İstədiyim ixtisas isə komputer mühəndisliyidir.

Tacxeber.com

Oxşar xəbərlər

“Pul qarşılığında muzdlu axtarırlar, qarşısı alınmalıdır”

redaktor

Keçmiş kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya yerləşdirildi

redaktor

“Mən də Ajda Pekkan kimi olacağam” – Xoşqədəm

redaktor