21 C
Bakı
22 İyun 2025 00:07
Dünya

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri: 8 kənd Azərbaycana qaytarılır

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri: 8 kənd Azərbaycana qaytarılır

 

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü SSRİ sərhədləri əsasında tanımağa hazırdır. Bununla da o, faktiki olaraq Qarabağın Azərbaycana aid olduğunu etiraf edir.

Tacxeber.comAxar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan deyib.

“Yeganə problem bu deyil. Bəs Ermənistan ərazisində anklavlar (Azərbaycanın 8 kəndi Ermənistan ərazisindədir – red.) necə olacaq? Onları da təhvil verməyi planlaşdırırlarmı? Baş Bazirin dünənki bəyanatı belə bir ehtimala dəlalət edir”, – o bildirib.

Vanetsyan vurğulayıb ki, Azərbaycan Ermənistanın Ararat rayonunda dövlətlərarası yolun keçdiyi Kərki kəndinə iddia edir:

“Bununla yanaşı, Tavuş rayonunun bir sıra kəndlərinə ərazi iddiaları irəli sürülür. Müxalifətin küçə mübarizəsi Azərbaycanla sənədin imzalanması planlarına mane olsa da, hazırkı proseslər sənədin müddəalarının imzalanmasa da, həyata keçirildiyini göstərir. Əslində delimitasiya və demarkasiya sənəd imzalanmadan həyata keçirilir. Bunun bariz nümunəsi kimi Azərbaycanın irəliləməsidir, yəni Dığ (Tex) kəndindəki mövqeləridir”.

Tacxeber.com

Oxşar xəbərlər

İranlı deputatdan şok: “Həsənsoxdu dəyirmanıdır” – VİDEO

redaktor

“Bunkerlər tikməyin vaxtıdır” – “The Simpsons”dan 2024-cü il üçün DƏHŞƏTLİ PROQNOZ

redaktor

Keçmiş həyat yoldaşı rekord məbləğdə pul qazanıb – İDDİA

redaktor