10 C
Bakı
25 Mart 2026 23:36
Siyasət

Paşinyan: Bir daha deyirəm, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır

 

Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb.

Tacxeber.com xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəziyyətin həm riskləri, həm də geniş fürsətləri var.

“Mənim səmimi motivasiyalarımdan biri də Azərbaycanla tezliklə sülh müqaviləsi bağlamaq üçün mümkün olan hər şeyi etməkdir. Əgər iki ölkə bir-birinin ərazi bütövlüyünü açıq şəkildə tanısa və bu gün və heç vaxt bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürsə, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi reallaşacaq. Biz bu barədə 2022-ci ildə Praqa və Soçidə Azərbaycan Prezidenti ilə razılaşdıq. İndi bir daha bəyan etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır”, – Paşinyan bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə Gültəkin Hacıbəylini ölkədən çıxarır

redaktor

Əli Laricani “İran xalqının əsas qatillərinin” adını açıqladı

redaktor

Tramp bu gün Putini buna məcbur etməlidir – Polşa

admin