İdman

Nazim Süleymanov vəzifəsindən azad olundu

Nazim Süleymanov vəzifəsindən azad olundu

 

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın “Ximki” klubunun gənclərdən ibarət komandasının baş məşqçisi vəzifəsindən azad olunub.

Tacxeber.comxəbər verir ki, bu haqda “Ximki”nin rəsmi teleqram səhifəsi məlumat yayıb. O, bundan sonra fəaliyyətini klubun U-19 komandasında davam etdirəcək. Süleymanov daha əvvəl də U-19-da işləyirdi. Bu il fevralın 3-də millimizin sabiq kapitanı əvəzedici komandanın baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında “Ximki” gəncləri Rusiya 2-ci liqasında keçirdiyi 3 matçdan 2-də heç-heçə edib, 1-də isə uduzub.

Əvəzedici heyətin baş məşqçisi vəzifəsinə tanınmış rusiyalı mütəxəssis Rinat Bilyaletddinov təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ”ın Avroliqadakı rəqibləri müəyyənləşdi – Yenilənib

admin

“Milli ilə bağlı mənə sual verməyin” – Qurban Qurbanov

redaktor

Avropa Liqasında pley-off cütlükləri bəlli oldu

admin