28 C
Bakı
12 Avqust 2025 21:47
DünyaGündəm

Şəhər ruslara təslim olmur – Qanlı küçə döyüşləri başladı

Ukrayna hərbi qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri uğrunda döyüşləri davam etdirir. Hazırda şəhərdə qanlı küçə döyüşləri gedir.

 Bu barədə Ukrayna Quru Qoşunlarının “Xolodnıy Yar” briqadası məlumat verib.

Briqadanın döyüşçüləri digər bölmələrlə birlikdə şəhəri müdafiə edirlər.

“İşğalçıların kütləvi informasiya vasitələrinin Baxmutun mühasirəyə alınması və zəbt edilməsi ilə bağlı yalan bəyanatlarına baxmayaraq, Ukrayna Müdafiə Qüvvələri şəhər uğrunda döyüşləri davam etdirirlər”, – açıqlamada deyilir.

Hazırda Baxmutda qanlı küçə döyüşlərinin davam etdiyi bildirilir.

“93-cü “Xolodnıy Yar” briqadasının müdafiəçiləri digər birləşmələrlə birlikdə düşmənə maksimum ziyan vurur və işğalçı qoşunların Çasovoy Yar və Kostyantinivka istiqamətində daha da irəliləməsinin qarşısını alır”, – məlumatda bildirilir.

Baxmut və Marin uğrunda şiddətli döyüşlər gedir. Bu ərazilərdə Ukrayna hərbçiləri hər gün rusların onlarla hücumunu dəf edirlər. Rusiya qüvvələri bu istiqamətdə Suriya olduğu kimi “yandırılmış torpaq” taktikasından istifadə edərək şəhəri tamamilə məhv etməyə çalışırlar. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

İranın hakimiyyətinin “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki mövqeyi dəyişməyib – Elxan Şahinoğlu

admin

Türkiyə futbolunda şok olay – «Ankaragücü»nün prezidenti baş hakimə hücüm etdi – VİDEO

admin

İran israilli girovları azad etmək istəyir

redaktor