12 C
Bakı
27 Mart 2026 00:40
Hadisəİdman

İtaliya millisinin futbolçusu ağır qəzaya düşüb

 

İtaliya millisinin və “Latsio”nun futbolçusu Çiro İmmobile ağır yol qəzasına düşüb.

Tacxeber.com xəbər verir ki, hadisə bu gün paytaxt Romada baş verib.

33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə zədələnərək relsdən çıxıb.

Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.

Tacxeber.com

Oxşar xəbərlər

90 gündən artıqdır ki, alimimiz aclıq edir. Rəsmilər niyə susur ?

admin

Arif Hacılının oğlu həbs edildi.

admin

Günəşdə güclü partlayış baş verib

redaktor