Hadisəİdman

İtaliya millisinin futbolçusu ağır qəzaya düşüb

 

İtaliya millisinin və “Latsio”nun futbolçusu Çiro İmmobile ağır yol qəzasına düşüb.

Tacxeber.com xəbər verir ki, hadisə bu gün paytaxt Romada baş verib.

33 yaşlı hücumçunun idarə etdiyi avtomobil tramvaya çırpılıb. Zərbənin gücündən maşının ön hissəsi tamamilə dağılıb. Tramvay isə zədələnərək relsdən çıxıb.

Hadisə zamanı təcrübəli forvardın qızı da avtomobildə olub. Lakin onlardan heç biri xəsarət almayıb. Tramvayın sürücüsü və iki sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Polis hadisə yerində araşdırma aparır. Şahidlərin sözlərinə görə, qəzaya səbəb tramvayın işıqforun qırmızı işığında keçməsi olub.

Tacxeber.com

Oxşar xəbərlər

Təcili yardım maşını da suda batdı – Video

redaktor

Bakıda plastik cərrahiyyə ilə məşğul olan “həkimin” müvafiq sertifikatı yox imiş – Rəsmi

admin

İsrail İran ərazisinə zərbə endirdi, ölkədə fövqəladə vəziyyət elan edildi

redaktor