16 C
Bakı
26 Sentyabr 2025 05:00
Sağlamlıq

Şirniyyata aşırı həvəs hansı xəstəlikdəndir?

 

Şirniyyata kəskin həvəs mədəaltı vəzi və bağırsaqlarla bağlı problemləri göstərə bilər.

“Medicina” xəbər verir ki, nizamsız şirniyyat yemək istəyi, sağlamlıq problemlərinin xəbərçisidir.

Həkim – terapevt İrina Nikulinanın sözlərinə görə, şirniyyat üçün kəskin istəklərin səbəbi mədəaltı vəzi və bağırsaqlarda pozğunluqlar, stress, mikronutrient çatışmazlığı ola bilər.

Amillərdən biri insulin müqavimətinin olması ola bilər ki, bu da bədən hüceyrələrinin mədəaltı vəzinin hormonu olan insulinə qarşı rezidentliyini göstərir. Belə müqavimətin inkişafı şəkərli diabetə meylliliyi ifadə edə bilər, bu halda insanın qan şəkəri artır.
Yeməkdən sonra qana atılan şəkəri paylayan insulin olduğundan, ona qarşı toxunulmazlıq hüceyrələri qlükozadan məhrum edir – nəticədə onlar “ac qalırlar”. Şirniyyat istəyi (yeməkdən sonra belə) süstlük, başgicəllənmə hissi ilə birlikdə bu hüceyrə aclığının əksidir.

Həmçinin, şirniyyata kəskin həvəs bağırsaqlarda problemləri, onun mikrobiotasının pozulmasını göstərə bilər. Adətən bunun tez-tez kandida göbələklərinin böyüməsi və kandidozun inkişafı ilə əlaqədar olduğunu bildirilir.

Şirin bir şey yemək istəyinin başqa bir səbəbi vacib mikroelementlərin olmamasıdır. Daha çox dəmir və xrom çatışmazlığını göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Bu giləmeyvə ömrü on il uzada bilir

redaktor

Sosial şəbəkələrdə videolara baxmaq beynin “çürüməsinə” səbəb olur – XƏBƏRDARLIQ

redaktor

SOS – Əvəz Zeynallıda bədxassəli şiş aşkar edilib, bu günlərdə “ximiya”ya başlayacaqlar.

admin