23 C
Bakı
24 İyun 2025 12:18
Digər

Bayrağımızı yandıran erməni kimdir? – DOSYE

 

Azərbaycan bayrağını Ermənistanda  Avropa çempionatının açılış mərasimi zamanı yandıran erməni Aram Nikolyan kimdir?

Milli.Az-ın qısa araşdırmasından biz onun xarakteristikasını 1tv.am saytında tapdıq.

O bu cür təqdim olunub:

“Aram Nikolyan
Dizayn studiyasının meneceri

Aram Nikolyan İctimai Televiziyanın teleaparıcıları üçün obrazlarını seçir, yaradır və üzə çıxarır. Onun üçün paltarların düzgün birləşməsi və gözlənilməz rəng sxemlərinin axtarışı maraq kəsb edir. Həmkarları onu sakit təbiətinə və işə bağlılığına görə seviblər. O, gözəllik görür və hər şeydə ən yaxşısını axtarır.

Aram Nikolyan Milli İncəsənət Akademiyasında, sonra Florensiyada “Accademia Italiana” Dizayn Məktəbində təhsil alıb və burada stilistika və moda dizaynı üzrə ixtisaslaşıb. O, “Arm Jeans” və “Rose” şirkətlərinin baş dizayneri, “Şant” və “Armeniya” teleşirkətlərinin stilisti olub.

O, “Nikolyan” moda evinin təsisçisi, direktoru və baş dizayneri, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvüdür.

2013-cü ildən İctimai Televiziyanın baş stilisti vəzifəsində çalışır”.

Göründüyü kimi, Avropada oxuyan erməni nədənsə Ermənistanda neandertala dönüb. Və əgər bu hələ oxumuş və mədəni sayılan ermənidirsə, düşünün ki qalanlarının Azərbaycana, türkə olan nifrət həddi nə yerdədir…

Xatırladaq ki, ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan gözlənilmədən səhnəyə qaçaraq Azərbaycan bayrağını səhnədə yandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda kriminal qruplar arasında atışma: ölən var

redaktor

“Toppuş bacı”nın ayaqları tutuldu

redaktor

Güney Azərbaycan “ölüm zonası”na çevriləcək – Britaniyadan SENSASİYA

redaktor