Cəmiyyət

Tanınmış meyxanaçı “BOMJ” HƏYATI YAŞAYIR – VİDEO

 

Məşhur “Lotular” mahnısının ifaçısı Elşən Binəqədi küçədə yaşayır.

Tacxeber.com xəbər verir ki, bu barədə Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişində məlumat verilib.

17 il həbsdə olan meyxanaçı artıq üç ildir ki, küçədə qalır: “Burada qalıram, evim-eşiyim buradır”.

Elşən Binəqədinin sözlərinə görə, içki düşkünü olandan sonra həyatı dəyişməyə başlayıb. İndi isə plastik qablar, dəmir yığıb satmaqla çörəkpulu qazanır. 3 ildir ailəsinin dağıldığını bildirən Elşən, bir qız övladı olduğunu qeyd edib. Meyxanaçı həyat yoldaşından ayrıldığı vaxtdan etibarən küçələrdə qaldığını sözlərinə əlavə edib.

Bu da onun son durumunu əks etdirən görüntülər:

 Tacxeber.com

Oxşar xəbərlər

“Oyunumuzu yaxşılaşdırmalıyıq.” – Roman Qriqorçuk

admin

Şərurlu İsfəndiyar 1000-dən çox mənzilin “kupça”sını vermir…- Vətəndaşların hüququ belə tapdanır

redaktor

Görüntüləri yayılan sabiq müdirin oğlu HƏBS EDİLDİ

redaktor