12 C
Bakı
25 Mart 2026 15:01
GündəmHadisə

Ermənilərin azərbaycanlı əsgərlə bağlı yalanı üzə çıxdı – FOTOFAKT

Dumanda azaraq Ermənistana keçən və ermənilər tərəfindən işgəncələrə məruz qalan əsgər Hüseyn Axundov Zəngəzur mis-molibden kombinatının mühafizəsinin qətlində ittiham olunur. Ermənilər iddia edirlər ki, qətlə yetirilən mühafizəçi Hayrapet Meliksetyanın telefonu azərbaycanlı əsgərin cibində tapılıb, daha sonra əsgərimizə qətli törətdiyi “etiraf” etdirilir.

Tacxeber.com xəbər verir ki, “Aravot” nəşri isə bu iddianı təkzib edən məlumat yayıb.

Nəşr yazır ki, qətlə yetirilən mühafizəçinin telefonu iş yerindən uzaqda – Xotanan qəsəbəsində, magistral yolun yaxınlığında tapılıb. Nəşrin bu məlumatı əsgərimizlə bağlı iddiaya uyğun gəlmədiyi üçün dərhal digər erməni meddia resursları tərəfindən “feyk nyus” olaraq tirajlanıb.

“Aravot” nəşrinin əsgərimizə qarşı ittihamı çürüdən məlumatı

Lakin bu informasiya azərbaycanlı əsgərin “qətl törətdiyi” iddiasının erməni mənbəsi tərəfindən təkzibi deməkdir.

Ermənistanın məqsədi əsgər Hüseyn Axundovu qətl ittihamı ilə həbs etmək, müharibədən sonra Qarabağda saxlanılan və Bakıda həbsdə olan ermənilərlə dəyişdirməkdir.

Tacxeber.com

Oxşar xəbərlər

İlqar Mirzəyevin oğlu nişanlandı – Fotolar

redaktor

Rusiyada dələduzluq epidemiyası: telefon fırıldaqçıları, “Dolina effekti”

admin

“Hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti rəqabətli olmalıdır ki?”

redaktor