30 C
Bakı
10 Avqust 2025 21:47
Şou

Əməkdar artist: “60 manata aktyor ailə saxlaya bilərmi?!“

Əməkdar artist: “60 manata aktyor ailə saxlaya bilərmi?!“

“Sənət adamlarının 2006-cı ildən aldığı qonorar 60 manatdır. Həmin ildə bəlkə də bu rəqəm düzgün idi. Amma indi 60 manata aktyor ailə saxlaya bilərmi?!”

Tacxeber.com Report-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar artist Nicat Kazımov “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.

N.Kazımov mükafat və fəxri adların yaşa görə verilməməli olduğuna bir daha diqqət çəkib:

“Adlar sənətdəki xidmətlərə görə olmalıdır. İllərlə səhnəyə çıxmayan adama fəxri ad verilir. Bu necə olur?! 95 yaşı olan Gənc Tamaşaçılar Teatrı və 92 yaşı olan Kukla teatrının Akademik statusu yoxdur. Axı niyə?! Bəyəm həmin teatrlarda işləyənlər daha az əziyyət çəkir və az tamaşa oynayır?! Bu, birbaşa teatr işçilərinin dolanışığı ilə bağlı olan məsələdir. Bu səbəbdən nəzərə almağınızı xahiş edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

“Alfons nədir, kimsə mənim adımın yanına ad qoya bilməz, o yazını yazanı axtarıram…”

redaktor

Müğənnini qucaqlayan tələbə qız ali məktəbdən qovuldu və 15 sutka həbslə cəzalandırıldı – Video

admin

Rövşanənin verilişi bağlandı

redaktor