27 C
Bakı
10 Avqust 2025 04:05
Digər

Ailəsi Fazil Mustafanı belə qarşıladı – Video

Ailəsi Fazil Mustafanı belə qarşıladı - Video

 

Martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafa xəstəxanadan evə buraxılıb.

Tacxeber.com xəbər verir ki, Baku TV deputanın ailəsi tərəfindən qarşılanma anının lentə alıb.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Şəhid ailəsinin evi uçma təhlükəsilə üz-üzədir – VİDEO

redaktor

“Nature” jurnalı: İnsan genomunun redaktəsi xəstəliklərin qarşısını ala bilər

redaktor

Brejnevin qızı ilə gəzən qaraçı – General Çurbanov bu macəraya görə Buryatsedən qisas alıb

redaktor