28 C
Bakı
13 Avqust 2025 19:27
Dünya

Tatlısəsin deputatlığa namizədliyi qeydə alınmadı – Özü danışdı

 

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs 5-ci dəfə müraciət etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AK) deputatlığa namizəd siyahısına daxil edilməyib.

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İ. Tatlısəs öz sosial şəbəkə hesabından paylaşım edib.

“Mənim məsələm Türkiyə! Mənim məsələm Urfa! Mənim məsələm əziz Ərdoğan”, – deyə o yazıb.

Belə ki, müğənni Şanlıurfadan deputatlığa namizəd olan  14 nəfərlik siyahıya daxil ola bilməyib.

Sənədlərini təhvil verdikdən sonra açıqlama verən Tatlısəs, Urfama xidmət etmək üçün buradayam söyləyib:

“50 dəfə namizəd olmuşam, 100 dəfə daha Urfama namizəd olacağam. Məqsədim Şanlıurfanın problemlərini həll etməkdir. Şanlıurfaya xidmət etməkdir. Şanlıurfa siyasətində yeni bir nəfəs gətirməkdir. Hər zaman Şanlıurfa deyirəm. Sizin qarşınızda söz verirəm. Gözəl əsərlər və yaxşılıqlar buraxmaq istəyirəm. Şanlıurfanın problemlərini cəsarətlə səsləndirəcəyəm”,- deyə o əlavə edib.

Xatırladaq ki, İ.Tatlısəs bundan əvvəl 4 dəfə AK Partiyadan millət vəkilliyinə namizədliyini irəli sürüb.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya böyük hücuma bu tarixdə başlayacaq

redaktor

“Ukrayna yeni əks-hücum hazırlayır” – KİV

admin

Rusiyanın 5 hava limanı drona görə iflic oldu – Uçuşlar dayandırılıb.

redaktor