20 C
Bakı
22 İyun 2025 03:01
GündəmSiyasət

Türkiyədə prezident seçkisi sorğusunun nəticəsi – Qalib bəlli oldu

Türkiyədə prezident seçkisi sorğusunun nəticəsi - Qalib bəlli oldu

 

Türkiyədə prezident seçkisindən öncə keçirilən daha bir sorğunun nəticələri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, sorğunu hakimiyyətə yaxınlığı ilə seçilən “Areda” şirkəti keçirib.

Sorğuya əsasən, gələn bazar günü ölkədə seçki olarsa, respondentlərin 50,6%-i hazırkı prezident Rəcəb Tayyib Ərdoğana səs verməyə hazır olduqlarını bildiriblər. Ondan sonrakı yerdə 41,8% səslə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb. Siyahıda sonrakı yerlərdə Muharrem İnce (5,5%), Sinan Oğan (2,1%) qərarlaşıb.

Bununla belə, sorğu iştirakçılarının 40%-i növbəti seçkidə hakim Ədalət və İnkişaf Partiyasını dəstəkləyəcəklərini bildiriblər. Ondan sonrakı yerləri CHP (23,7%), HDP (10,6%), MHP(8,1%), İYİ Partiyası (7,5%), Məmləkət Partiyası (3,6%), Yenidən Refah Partiyası (1,9%) və digərləri tutub.

Qeyd edək ki, bundan öncə “Metropol” şirkətinin keçirdiyi sorğuda Ərdoğanın 41,1%, Kılıçdaroğlunun isə 42,6% səs toplayacağı vurğulanmışdı. “Optimar” şirkəti isə namizədlərin müvafiq olar 45,9% və 43,9% olaraq səs toplayacağını bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Dazıotu (zveroboy). 100-dən artıq xəstəliyin çarəsi

redaktor

Yaqub Eyyubovun oğlunun Kanadada Ontario gölü sahilindəki meşəlikdə tikdirdiyi villanın fotoları yayıldı

redaktor

Aygün Kazımovanın məşhur duet ortağı SƏRSƏMLƏDİ: “ƏZİZ ERMƏNİLƏR..

redaktor