DünyaGündəm

İran kəşfiyyatına işləyən qadın HƏBS EDİLDİ – FOTO

 

Nyu-York Federal Məhkəməsi İran əsilli ABŞ vətəndaşı Niləfər Bahadorifərini 4 il azadlıqdan məhrum edib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranlı qadın ABŞ-nin İrana qarşı sanksiyalarını pozmaqda və ABŞ-də yaşayan iranlı müxalif jurnalist Məsih Əlinejadı oğurlamağı planlaşdıran İran kəşfiyyatının əməkdaşlarına maliyyə yardımı göstərməkdə ittiham olunub.

Məhkəmənin hakimi çıxarılan hökmün ABŞ-də vətəndaşlara qarşı təxribat xarakterli hərəkətlər etmək niyyətində olanların hamısına mesaj olduğunu deyib.

Qeyd edək ki, oğurlanmasına cəhd edilən Məsih Əlinejad tanınmış jurnalist, feminist və hüquq müdafiəçisidir.

 

Oxşar xəbərlər

Polis əməkdaşlarına Rusiyanı tərk etmək qadağan edildi

redaktor

Maya Sandu prezident seçkilərində qalib gəldi

redaktor

Yəni sadə proqnozu ABŞ-ın qırmızıpapaqları bilmir?

redaktor