12 C
Bakı
28 Mart 2026 22:34
Dünya

İlham Əliyevdən sonra bu ölkənin prezidentinə də “Togg” göndərilir – Ərdoğan AÇIQLADI

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yaxın vaxtlarda Türkiyənin yeni “Togg T10X” elektromobilini alacaq.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda mitinqdə çıxışı zamanı deyib.

“Togg” artıq ölkənin yollarında hərəkət edir. Onlardan birini qardaşım, Azərbaycan Prezidenti İlham Əliyev qəbul edib. Daha birini Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə göndərdik”, – o deyib.

Ərdoğan əlavə edib ki, il ərzində ölkə vətəndaşları üçün bu maşınlardan 20 min ədəd istehsal etmək planlaşdırılır.

Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Zaxarova Trampın ultimatumunu şərh edib

redaktor

Azərbaycan Ukraynaya 2 milyon dollar yardım ayırdı – SƏRƏNCAM

redaktor

Dünyanı dəyişən 12 nəfər – Tarixin kölgəsində qalan dahilər

admin