26 C
Bakı
13 Avqust 2025 04:46
Hadisə

Tanınmış musiqiçinin oğlunun və anasının faciəvi şəkildə öldüyü qəzanı törədən sürücünün FOTOSU

 

3 gün əvvəl Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi bütün ölkəni sarsıdan növbəti faciəvi hadisə oldu.

Tacxeber.com xəbər verir ki, qəza məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin və bir azyaşlı oğlan uşağı dünyasın dəyişib. 5 nəfərin olduğu “Hyundai Accent”dən tək sürücünün sağ çıxdığı bildirilir.

Sosial şəbəkələrdə “KamAZ”ın sürücüsünün sükan arxasında çəkilən kadrları yayılıb.

Qeyd edək ki, həlak olanlardan iki nəfər tanınmış sintizator ifaçısı Bayram Bağırsoyun anası və 3 yaşlı oğludur. Bayram Bağırsoy bir çox məşhurlarla birgə çalışması ilə tanınır./Milli.az

    

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda oğul atasını döydü, qardaşı isə lentə aldı – VİDEO

redaktor

Azərbaycanda ŞOK: falçıya gedən qadın “dəli oldu”

redaktor

Şükür Həmidovun ailəsinə itki üz verib – FOTO

redaktor