29 C
Bakı
14 Avqust 2025 13:41
Cəmiyyət

Elşad Miridən Hacı Şahinlə bağlı şok ETİRAF – Hacı Şahinin…

 

“Hacı Şahinin yerinə bu gündən sonra kim təyin olunsa da, onu əvəz edə bilməyəcək. Azərbaycan dəyərli və olduqca savadlı bir din xadimini itirdi”.

Bu sözləri Referans.az-a açıqlamasında İlahiyyatçı Elşad Miri deyib. O, Hacı Şahinin islam dinini ən gözəl səviyyədə təbliğ edən bir şəxs olduğunu dilə gətirib:

“Son zamanlar Hacı Şahinin yerinə kimin gələcəyi aktual məsələlərdən biridir. Lakin mən belə düşünürəm ki, Hacı Şahinin yerinə kim təyin olunursa olunsun, o, şəxs Hacını əvəz edə bilməyəcək, çünki Hacı Şahin kimi dininə və əqidəsinə bağlı ikinci bir şəxs ağlıma gəlmir. Düzdür, Hacı Şahinin bəzi dedikləri ilə, bəzi çıxışları ilə razılaşmırdım, onu qınayırdım . O, özü də məni bəzən dediklərimə görə tənqid edirdi, mənimlə razılaşmırdı. Amma bu danılmazdır ki, Hacı Şahin çox gözəl insan, çox savadlı din xadimi idi. O, bu yaşda ölümü qazanmamışdı, amma aramızdan tez köçdü, ona Allahdan rəhmət diləyir, yaxınlarına və sevənlərinə isə səbir arzu edirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Hacı Qaliblə deputat oğlunun qanunsuzluğundan icra başçısına ŞOK MÜRACİƏT – Torpağımızı zəbtdən azad edin!

admin

Azərbaycanda fantastik qiymətə maşın nömrələri – VİDEO

redaktor

Azərbaycanlılar niyə qara rəngə üstünlük verir? – VİDEO

redaktor