Gündəm

Mehdiyevlər böyük şirkətlərini satdı

 

“Bank BTB” ASC törəmə şirkətini satıb.

Tacxeber.com xəbər verir ki, 06.04.2023 tarixində imzalanan ticarət müqaviləsində “BTB Kapital” ASC-nin hər birinin nominal dəyəri 350 manat olan 1000 ədəd səhmi satılıb. 350 min manatlıq satışda alıcının adı açıqlanmayıb.

Qeyd edək ki, “Bank BTB” ASC “BTB Kapital” ASC-də 100% paya sahibdir.

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda plastik cərrahiyyə ilə məşğul olan “həkimin” müvafiq sertifikatı yox imiş – Rəsmi

admin

Mən və Tomas: təəccüblənmək sərbəstdir

admin

Şuşa-Xankəndi yolunda etirazların üçüncü günü – Canlı yayım

admin