Şou

Yutubda Üzeyir Mehdizadəyə baxış sayı 1 milyardı ötdü

Müğənni Üzeyir Mehtizadənin yutub kanalı “Uzeyir Mehdizade Official” bu platformada baxış sayı 1 milyardı keçən ilk Azərbaycan rəsmi kanalı olub.

Tacxeber  teleqraf.com-a istinadən xəbər verir ki, 2,06 milyon abunəçisi olan kanalda 311 video yerləşdirilib.

Qeyd edək ki, 2020-ci ilin yanvarında yutub video portalı kanal abunəçilərinin sayı 1 milyona çatan Ü.Mehtizadəni “qızıl düymə” ilə mükafatlandırıb.

Xatırladaq ki, Ü.Mehtizadə 1992-ci il mayın 19-da anadan olub. İfaçının ondan çox albomu buraxılıb. O, Azərbaycan, Türkiyə, Almaniya, Rusiya, Özbəkistan, Qazaxıstan, Ukrayna və başqa ölkələrdə solo konsertlər verib.

Tacxeber.com

Oxşar xəbərlər

Dörd dəfə evləndi, ona görə filmə yataq səhnəsi salındı, Xalq artisti onunla öpüşməkdən imtina etdi – Kinomuzun Leyla Şıxlinskayası

admin

İlhamə Quliyevanın mirası necə bölünüb? – “5 bacı yığışıb 6 yerə böldük”

redaktor

Azərbaycanlı musiqiçinin kafedə oxuduğu mahnı Türkiyədə gündəm oldu  – VİDEO

redaktor