24 C
Bakı
26 Sentyabr 2025 15:07
Cəmiyyət

Pediatr: Yeni doğulmuş körpələri 40 gün çimizdirməmək düzgün deyil

 

Yeni doğulmuş körpələri çox qalın geyindirmək və 40 gün çimizdirməmək düzgün deyil.

Tacxeber.com xəbər verir ki, bunu pediatr Azər Əhmədov deyib. Həkimin sözlərinə görə, otaq temperaturu 23-25 dərəcədirsə, körpələr çox qalın geyindirilməməlidirlər:

“Temperatur yüksək olduğu zaman körpə qida vaxtını keçirir və qan şəkəri düşür. Bu zaman da daha çox yuxuya meyilli olur.

Körpələrin çimizdirilməsi barədə danışan həkimin sözlərinə görə, körpələr xəstəxanadan evə çıxdıqdan sonra çimizdirilə bilər:

“Sadəcə körpəni çimizdirərkən göbəyinin çox islanmamasına fikir vermək lazımdır. Göbək quru tutulduğu zaman 7-10 gün içərisində düşür. Körpələri isti aylarda hər gün, qış aylarında isə günaşırı çimizdirməkdə heç bir problem yoxdur”./APA

Tacxeber.com

Oxşar xəbərlər

Bayrağı Riad Əhmədovun xanımına Əli Nağıyev təqdim etdi – Video

admin

Şeyx Zaiddə çoxsaylı mənzillər, İstanbulda klinika və daha nələr: Azərbaycandan milyonlar Dubay və İstanbula daşınır…

admin

TƏCİLİ! Azərbaycanda keçirilən bu oyun UEFA-nı şübhələndirdi, AFFA araşdırmaya başladı

admin