23 C
Bakı
02 İyul 2025 04:44
Cəmiyyət

Fazil Mustafaya sui-qəsdlə bağlı 4 nəfər tutulub – YENİLƏNİB

 

Paytaxtın bir neçə istiqamətlərində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leynetantı Elşad Hacıyev bildirib ki, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər DİN, DTK və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb. Əlavə məlumat veriləcəkdir.

***

Deputat Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxs saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb.

Bildirilib ki, şübhəli şəxs Qaradağ rayonu ərazisində saxlanılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qızların təhsili ilə bağlı statistik göstəricilər – Hansı bölgələr geridədir?

admin

Polad Bülbüloğluya xələflik İDDİASI: Elnur Allahverdiyev Moskvaya səfir göndəriləcək?

admin

Sosial şəbəkədə təhqir və böhtana görə hansı cəzalar nəzərdə tutulub? – VİDEO

redaktor