28.7 C
Bakı
21 İyul 2026 21:26
Hadisə

Ukraynada azərbaycanlı hərbçi həlak olub

 

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb.

Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır.

O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.

Tacxeber.com

Oxşar xəbərlər

Mərakeşli keçmiş kəşfiyyat agenti hökumətin “Pegasus”la jurnalistləri necə izlədiyindən danışıb

admin

6 aydır icra başçısı olmayan rayon

admin

“Haaretz”: “Hikmət Hacıyevin müraciətindən sonra Netanyahu “erməni soyqırımı” ilə bağlı səsverməni bloklayıb”

admin