26 C
Bakı
21 İyun 2025 18:21
Hadisə

Qadın müəllim direktorla dalaşdığı üçün özünü bıçaqlayıb?

 

Qubada orta məktəb müəllimi intihara cəhd edib.

Tacxeber.comxəbər verir ki, rayonun Birinci Nügədi kənd sakini olan 47 yaşlı M.A. evdə özünə bıçaqla xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.A. İkinci Nügədi kəndində yerləşən 3 saylı orta məktəbdə müəllim işləyir.

Bildirilir ki, hadisədən əvvəl M.A ilə işlədiyi məktəbin direktoru arasında dava-dalaş olub. Bu səbəbdən direktor müəllimdən polisə şikayət edib və Quba Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma başlayıb. Araşdırma çərçivəsində ötən gün M.A polis şöbəsinə dəvət edilib. Bundan sonra müəllim yaşadığı evdə özünə xəsarət yetirib və yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək”.

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Gültəkin Hacıbəylidən şikayət edən şəxsin kimliyi bəlli oldu – YENİLƏNİB

redaktor

Neftçilər Xəstəxanasında sığorta qalmaqalı: pul tələbi iddiası

redaktor

Bu gün toyları olacaqdı – Heç biri həyatda deyil…

redaktor