24 C
Bakı
22 İyun 2025 13:07
İdman

Dünya çempionu qrup halında zorlamada ittiham olunur

 

İspaniya “Sevilya”sının və Argentina millisinin müdafiəçisi Qonsalo Montiel qrup halında zorlamada ittiham olunur.

Tacxeber.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Martın 30-da Argentina ədliyyə sistemində ağırlaşdırılmış cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb. Məlumata görə, qanunsuz hərəkətlərdə mümkün müttəhimlərdən biri Montieldir.

Qeyd olunur ki, hadisə 2019-cu il yanvarın 1-də futbolçunun ad günündə, yaşadığı evdə baş verib. Zorakılığın qurbanı Montiel ilə münasibətdə olan yerli model olub. Vəkilin sözlərinə görə, o, Montielin anası da daxil olmaqla futbolçunun ətrafı tərəfindən hədələnib.

Montiel 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin qalib gəldiyi final görüşü də daxil olmaqla dörd oyun keçirib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan millisinin sabiq futbolçusu ictimaiyyətdən yardım istədi – Foto

redaktor

Toralın qolu Avroliqada ən yaxşı seçildi – Video

admin

Milli komandamız bu gün Belçika ilə qarşılaşacaq.

admin