12 C
Bakı
28 Mart 2026 04:43
İdman

Səhvən həyat yoldaşının çılpaq görüntülərini yaydı – VİDEO

 

Alman futbolunun əfsanəsi Andreas Breme heç də xoş olmayan hadisə ilə üzləşib.

Tacxeber.com aut.az-a istinadla xəbər verir ki, o, izləyicilərindən birinin doğum gününü təbrik etmək üçün paylaşım etmək istəyib. Bu zaman səhvən xanımının çılpaq videosunu yayımlayıb.

Breme kameraya baxaraq pərəstişkarına arzularını bildirib. Lakin bu zaman gələn səs onun sözünü kəsib. Baş verənlərdən çaş-baş qalan sabiq futbolçu kameranı səs gələn tərəf çevirib. Nəticədə o, həyat yoldaşı Suzanna Şederi çılpaq halda lentə alıb.

O, bundan sonra çaşqınlıqdan vəziyyəti daha da pisləşdirib. Səhvən videonu daha çox izləyiciyə göndərib. Nəticədə video sosial şəbəkələrdə yayılıb. “Bayern”in əfsanəsi daha sonra məsələ ilə bağlı “Blid” nəşrinə açıqlama verib:

“Biz nə baş verdiyini yalnız dostlar zəng etməyə başlayanda anladıq. Bunun necə ortaya çıxdığını bilmirəm. Videonu kimsə yəqin ki, internetə yerləşdirib. Göndərdiyimin fərqində də deyildim. İndi bütün dünya bilir ki, mənim necə gözəl arvadım var! Bu olmamalıydı, amma öz-özümə gülə bilərəm. Gələcəkdə Suzannanın çəkilişinə icazə verə bilərəm”.

Tacxeber.com

Oxşar xəbərlər

İlkin Fikrətoğlu hazırladı: İki Arturun ölümü və ya əzmkarlığın təntənəsi – VİDEOSÜJET

admin

Hacı Əliyev dünya çempionu oldu

redaktor

AFFA Santuşa təzminat kimi bu məbləği ödədi

admin