16 C
Bakı
27 Sentyabr 2025 03:26
Hadisə

Gülləni həkimlər evdə çıxardı – Fazil Mustafanın xanımı

 

Ötən gün yaşadığı evin qarşısında terrora məruz qalaz Milli Məclisin deputatı Fazil Mustafanın son durumu açıqlanıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Lent.az-a deputatın həyat yoldaşı Zülfiyyə xanım danışıb.

Xanımı bildirib ki, həkimlər sağlıq durumu ilə əlaqədar hələlik onun ayılmasını istəmirlər: “Qanaxması olduğu üçün Fazil Mustafa bu gün yenidən əməliyyat olundu. Hazırda durumu ilə bağlı dəqiq heç nə bilmirik. Amma həkimlər hələlik ayılmamasını məsləhət bilirlər”.

Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib: “İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı”.

Qeyd edək ki, ötən gün Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb.

admin

Tarixin ən maraqlı cinayət hadisəsi.

admin

4 saylı Dərin Dəniz Özülündə YANĞIN: Həlak olan var

admin