29 C
Bakı
11 Avqust 2025 16:57
Şou

Nazilə: “Başıxarablar məni məşhurlaşdırdı“ – VİDEO

 

Tanınmış şairə Nazilə Səfərli müzakirələrə səbəb olacaq açıqlama verib.

Tacxeber.com xəbər verir ki, “Özəl Tube” proqramında necə məşhur olmasından söhbət açıb:

“Şeirimdən, ifamdan əlavə, məni xarakterim məşhur etdi. Xarakterimin üzə çıxmağına üç-dörd başı xarab kömək etdi. Çox şükür Allaha ki, onları mənə yetirdi. Elə bil ki, göydə axtarırdım, yerdə əlimə düşdülər. Deyirlər, yaxşı ki, məni qayadan atdın, yoxsa qanadlarımın olduğunu bilməyəcəkdim”.

Bundan başqa, şairə gəlin və qayınana məsələsi haqqında da danışıb:

“O qədər ucuz ömrüm yoxdur ki, onu gəlinə irad bildirməklə yaşayım. Mən qiymətliyəm. Gəlin qabı yumadı, gəlin gec yuxudan oyandı, nəyimə lazımdır? Bəzi qayınanaların mövzuları çox dəxilsizdir. Gəlindən nə istəyirsən?”

 

Oxşar xəbərlər

“Həyatımda biri var, o da…” – Fədayə Laçın

redaktor

Öldürülən müğənninin ailəsi Mirəliyevi məhkəməyə verir: “Bacıma pul borcludur”

redaktor

Azərbaycanlı məşhur oğlunu evləndirdi – Cavan yaşda qaynana oldu – VİDEO

redaktor