32 C
Bakı
09 Avqust 2025 17:22
Cəmiyyət

Tağı Əhmədovdan SƏRT MESAJ: “Onu öldürüb sonra öləcəm…”

 

“6 aydır ayaqlarım xəstədir, amma bədənim sağlamdır”.

Tacxeber.comxəbər verir ki, bunu musavat.com-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov deyib.

“Dünən bir verilişə baxıram, orda deyirlər ki, Tağı 6 aydır ölüm ayağındadır. Adamların mənəviyyatı yoxdur, niyə sifarişli yazılar yazırlar? Nə yazırlar yazsınlar. Salyan nəyidir bilmirəm, orada dedilər ki, ölüm ayağındayam. Amma hələ ölməmişəm. Onu öldürüb sonra öləcəm. 6 aydır xəstəyəm. Yazırlar ki, universitetə gedə bilmirəm. Universitetə necə gedə bilərəm? Yəqin ki, 6 aydan sonra məni pensiyaya çıxararlar, mən də orda öz ərizəmi yazaram. Amma hələlik mənə hər hansı sənəd verməyiblər. Heç kəsdən incimirəm. Universitet dövlət idarəsidir və dövlətin qanunları var. 6 ay xəstə ola bilərəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bilirlər. Yəqin ki, xəstəlikdən sonra məni xəstəliklə əlaqədar pensiyaya çıxarıb universitetdən azad edəcəklər. Qanun hamı üçün qanundur” – T.Əhmədov qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Cadunu inkar edirsənsə, Quranı da inkar edirsən”

redaktor

“İST PETROL”-da benzinə su qatıldığı RƏSMƏN TƏSDİQLƏNDİ: “Aradan qaldlırılacaq” + VİDEO

redaktor

Gecə klubu, içki məclisi… “Sabah”ın futbolçuları “Makkabi” ilə oyundan əvvəl “istirahət ediblər”

admin