28 C
Bakı
13 Avqust 2025 21:26
Dünya

Rusiya Müdafiə Nazirliyi də təsdiqlədi: Azərbaycan ordusu…

 

Azərbaycan ordusunun Qarabağdakı separatçıların silah-sursat daşımaq üçün istifadə etdiyi gizli yollara nəzarəti təmin etməsini terrorçu rejimin ardınca Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.

Tacxeber.com musavat.com-a istinadla xəbər verir ki, Qarabağdakı Rusiya hərbçilərinin komandanlığına istinad edən Rusiya MN Azərbaycan Silahlı Qüvvələrinin “yüksəkliyi ələ keçirərək postu təchiz etməyə başladığını” açıqlayıb.

Bildirilir ki, Azərbaycan ordusu Sarıbaba dağının 2,9 km şimal-şərq istiqamətində irəliləyib və istehkam işlərini həyata keçirib.

Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində deyilir ki, RHK komandanlığı “böhranlı vəziyyətin gərginləşməsinin və təxribatların qarşısını almaq üçün tədbirlər görür”.

“Dövlət başçılarının üçtərəfli sazişlərinin müddəalarına əməl olunması, mühəndis-texniki işlərin dayandırılması və milli silahlı qüvvələrin bölmələrinin əvvəllər tutduqları mövqelərə çıxarılması üçün tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı Azərbaycan tərəfinə tələb irəli sürülüb”  -məlumatda belə bir cəfəng iddia öz əksini tapıb.

Əlavə olunub ki, atəşkəs rejiminin bir dəfə pozulması Xocavənd (Rusiya MN bu dəfə də “Martuni” yazıb-M.) rayonu ərazisində də qeydə alınıb. İtki yoxdur, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvili Gürcüstan vətəndaşlarını etiraz aksiyalarına çağırdı

redaktor

Mask Zelenskini soyğunçu adlandırdı

redaktor

Kim Çen Indan sosiska qadağası: Vətənə xəyanət qərarı

redaktor